2024 Rebuild Karabakh sərgisi
LLS MMC 2024-cü ildə keçirilən Rebuild Karabakh sərgisində fəal iştirak etmişdir. Sərgi zamanı şirkətimiz inşaat, daşıma və yükqaldırma sahəsində istifadə olunan müasir texnikaları və innovativ həlləri təqdim etmiş, ziyarətçilərlə birbaşa ünsiyyət quraraq əməkdaşlıq imkanlarını müzakirə etmişdir. Qarabağın yenidən qurulması prosesinə töhfə vermək məqsədilə LLS MMC yerli və beynəlxalq tərəfdaşlarla yeni əlaqələr qurmağa davam edir.